Polis Astarada əməliyyat keçirdi, narkokuryer saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata
görə, narkokuryerlikdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28
yaşlı Tapdıq Zeynalov rayonun Sım kəndi ərazisində saxlanılıb.




Həmin şəxsin olduğu avtomobildən qaçaqmalçılıq yolu ilə xaricdə
yaşayan narkotacirdən əldə etdiyi 8 kiloqram marixuana aşkarlanaraq
götürülüb. T.Zeynalovun həmin narkotik vasitəni maddi qazanc
qarşılığında paytaxt ərazisində deyiləcək ünvana çatdırmaq barədə
sövdələşdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib.