Alüminiumun qiyməti 2900 dolları keçib

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 28-də alüminium qiymətləri təxminən 3,5 ilin ən yüksək
səviyyəsinə çatıb.

Trend-in məlumatına görə, bu barədə “LME” ticarət
platformasından bildirilib.




Məlumata əsasən, Bakı vaxtı ilə saat 20:40 üçün “LME”də üç aylıq
alüminium fyuçerslərinin qiyməti 0,6% artaraq ton başına 2893,5
dollar təşkil edib. Ticarət sessiyası ərzində isə 2022-ci ilin may
ayından bəri ən yüksək səviyyəyə, ton başına 2900,3 dollara
çatıb.

“Trading Economics” qeyd edib ki, qiymətlər qısa müddətdə
təklifin məhdudluğu və uzun müddətdə müsbət tələb proqnozları
fonunda yüksəlir.