HƏMAS daha bir girovun meyitini təhvil verməkdən imtina edib

Baş səhifə
HƏMAS daha bir girovun meyitini təhvil verməkdən imtina edib

HƏMAS İsrailin atəşkəsi pozması səbəbindən bu gün tapılan israilli girovlardan birinin meyitini təhvil verməkdən imtina edib.

“Report”un xəbərinə görə, bu barədə hərəkatın teleqram kanalında məlumat verilib.

HƏMAS-ın hərbi qanadı olan “Əl-Qəssam” batalyonu bu gün Qəzza zolağının cənubundakı tunellərdə israilli əsirlərdən birinin meyitini tapdığını bildirib.

“Meyitin bu günə planlaşdırılan təhvil verilməsi (İsrail – red.) tərəfindən törədilən pozuntular səbəbindən təxirə salınacaq. Biz vurğulayırıq ki, İsrail tərəfində vəziyyətin hər hansı gərginləşməsi girovların axtarışı və tapılması əməliyyatlarına mane olacaq və onların qayıtmasını gecikdirəcək”, – bəyanatda bildirilir.

HƏMAS daha bir israilli girovun meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verəcəyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşmasının “Telegram” kanalında məlumat verilib.

“Mübadilə razılaşması çərçivəsində bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) girovun meyitini təhvil verəcəyik”, – paylaşımda qeyd olunub.

Radikallar meyitin Qəzza zolağı ərazisindəki tunellərin birində tapıldığını bildiriblər.