
Bakı. Trend:
Vyetnamda ölkə üçün gündəlik rekord səviyyədə yağıntı qeydə
alınıb. Leysan yağışlar daşqınlara, torpaq sürüşmələrinə və
binaların zədələnməsinə səbəb olub.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, normadan artıq düşən yağıntı mərkəzi Vyetnamda
daşqınlara selə yol açıb. Çaylar məcrasından çıxaraq yaxınlıqdakı
evləri, əkin sahələrini və tarixi Hyue və Hoya şəhərləri də daxil
olmaqla turizm obyektlərini su altında qoyub.
Ölkənin meteorologiya idarəsinin məlumatına görə, 27 oktyabr
axşamına qədər YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş
Hyue şəhərində 24 saat ərzində yağıntı miqdarı 1085 mm-ə çatıb. Bu,
Vyetnamda indiyə qədər qeydə alınmış ən yüksək səviyyədir.


