Bakıda taxtalar yığılmış ərazi yanır

Baş səhifə

Bakı. Trend:

Bakıda taxtalar yığılmış ərazidə yanğın baş verib.

Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində,
ilkin məlumata əsasən, taxtalar yığılmış ərazidə yanğın baş verməsi
barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.




Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
edir.

Əlavə məlumat veriləcək.

Xəbər yenilənəcək