
Qırmızı Bazar qəsəbəsində həyat yenidən canlanacaq.
Bunu “Report”un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında Qırmızı Bazar qəsəbə sakini Bəyaz Tağıyeva deyib.
O, doğulub-böyüdüyü yerlərin dövlət tərəfindən yüksək səviyyədə abadlaşdırıldığını vurğulayıb:
“İşğaldan azad edildikdən sonra bu ərazilərə gəlmişdim. Bir vaxtlar böyüdüyüm evin tamamilə dağıdıldığının şahidi oldum. Uzun müddət qəhərdən boğula-boğula evin qalıqlarına baxdım. İndi çox şükür ki, dövlətimiz bu yerləri abadlaşdırıb. Evimizi müasir, daha yaraşıqlı şəkildə bərpa ediblər. Qəsəbədə həyat yenidən canlanacaq”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


