Prezident İlham Əliyev Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
28-də Sabirabad Sənaye Məhəlləsində “Fırtına Su Sistemləri” Məhdud
Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı
müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Trend xəbər
verir ki, “Fırtına Su Sistemləri” MMC 2024-cü ildə Sabirabad Sənaye
Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.




Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin
texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün
avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr,
15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada
istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara
çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac
edilir.

Qeyd edək ki, müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə
iş yerlərinin sayının artırılması nəzərdə tutulur.