Bank sektorunun xalis mənfəəti 10%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – sentyabr aylarında banklar 910.7 milyon manat
xalis mənfəət əldə ediblər.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,1
milyon manat və ya 9,8% çoxdur.




Eyni zamanda hesabat dövründə banklar 1,373 milyard manat
məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu isə bir il əvvəlki
göstəriciyə nisbətən 0,105 milyon manat və yaxud 8,3% çoxdur.

Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 214.5 milyon
manat məbləğində mənfəət vergisi ödənilib.