Bu il “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” çərçivəsində təqaüd qazanan tələbələrin sayı açıqlanıb

Baş səhifə

Bakı.Trend:

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2022-ci ildən
etibarən həyata keçirilir. Cari tədris ili üzrə proqram
çərçivəsində 93 tələbə qız təqaüd dəstəyi almaq imkanı əldə
edib.

Trend xəbər
verir ki, bu fikirləri Təhsil İnkişaf Fondunun İdarə Heyəti
sədrinin vəzifələrini müvəqqəti icra edən İlqar Bayramlı
jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, ümumilikdə, layihənin icrası dövründə 300-ə
yaxın tələbə bu proqramda iştirak edib:




“Təhsil İnkişaf Fondu olaraq biz tərəfdaş qurumlarla birgə
fəaliyyətimizi davam etdirəcək, gənclərin elmi potensialının
inkişafına, tədqiqat imkanlarının genişlənməsinə töhfə verməkdə
israrlıyıq”.

İ.Bayramlı qeyd edib ki, digər gənc qızların təhsilinə dəstək
layihəsi çərçivəsində biz bir sıra əlavə təqaüd proqramlarını da
həyata keçirməkdəyik:

“Ümumilikdə bu tədqiqat proqramlarına 3 mindən çox müraciət
daxil olub və 400-dən artıq tələbə qız bu proqramlarda iştirak
edib”.