Binəqədi rayonunda quldurluq edən şəxslər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 25-də axşam saatlarında Binəqədi rayonunda naməlum
şəxslər 26 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək onun
1480 manatını ələ keçiriblər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.




Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış
tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən 4 nəfər-
Ə.Məlikov, M.Mustafayev, A.Məmmədov və A.Məmmədov müəyyən edilərək
saxlanılıblar.

Araşdırma aparılır.