Bakı. Trend:
ABŞ müdafiə naziri Pit Heqset bu həftə Hind-Sakit okean
regionuna səfər edəcək.
Trend xəbər verir
ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Pentaqon rəhbərinin Havay, Yaponiya,
Malayziya, Vyetnam və Cənubi Koreyaya baş çəkməsi
planlaşdırılır.
Səfərin əsas mövzuları arasında ABŞ-nin Hind-Sakit okean
bölgəsinə strateji diqqətinin artırılması, müttəfiq ölkələrin
müdafiə xərclərinin yüksəldilməsi və kollektiv müdafiə sahəsində
əməkdaşlığın möhkəmləndirilməsi yer alır.
Məlumata görə, Havayda Heqset ABŞ-nin Hind-Sakit okean
Komandanlığının rəhbərləri ilə görüşəcək, Malayziyada isə ASEAN
Müdafiə Nazirlərinin görüşündə iştirak etməsi nəzərdə tutulur.

