Qazaxıstanda ikimərtəbəli kommunal binada yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Yanğınsöndürənlər paytaxtın Baykonur rayonunda yerləşən
ikimərtəbəli kommunal binada baş verən yanğını söndürürlər.

Trend xəbər verir
ki, bu barədə “Kazinform” agentliyi Qazaxıstan Respublikasının
Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.




Departamentin məlumatına görə, hadisə Aksay küçəsində qeydə
alınıb. Xəsarət alanlar barədə məlumat verilmir.

Yanğınsöndürmə xidməti gücləndirilmiş iş rejimində fəaliyyət
göstərir. Hadisə yerində yanğınsöndürmə qrupu yaradılıb, dörd
yanğınsöndürmə məntəqəsi cəlb olunub və fasiləsiz su təchizatı
təmin edilib.