
Bakı. Trend:
İran parlamenti ölkə prezidentinin rəhbərliyi altında fəaliyyət
göstərəcək müstəqil Süni İntellekt üzrə Milli Təşkilatın
yaradılmasını təsdiqləyib.
Trend xəbər verir
ki, yeni təşkilat mövcud milli resurslardan istifadə etməklə
ölkənin süni intellekt ekosisteminin inkişafını əlaqələndirmək
məqsədi daşıyır.
Bundan əlavə, qurum milli süni intellekt strategiyalarının
həyata keçirilməsində dövlət qurumları arasında qarşılıqlı əlaqəni
asanlaşdıracaq.
Yeni təşkilatın rəhbəri İran prezidenti tərəfindən təyin
ediləcək.
Bu addım İranda süni intellekt idarəçiliyinin institusionall

