Lula da Silva ABŞ və Venesuela arasındakı mübahisələrin həllində köməyini təklif edib

Baş səhifə

Bakı. Trend:

Braziliya prezidenti Luis İnasio Lula da Silva ABŞ və Venesuela
arasındakı mübahisədə vasitəçilik etməyi təklif edib.

Trend-in məlumatına görə, bu barədə Braziliya xarici işlər
naziri Mauru Viyera deyib.




“Prezident Lula bu məsələni qaldırıb və Cənubi Amerikanın dinc
bir bölgə olduğunu qeyd edib. O, tərəflərin qarşılıqlı məqbul həll
yolları tapa bilməsi üçün vasitəçi kimi çıxış etməyi təklif edib”,
– deyə nazir bildirib.

M.Vyera izah etdi ki, Lula da Silva bu təklifi hər iki tərəflə
təmaslarda irəli sürüb.