PKK Türkiyədən geri çəkilməyə başladığını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

“PKK” terror təşkilatı Türkiyədən geri çəkilməyə başladığını
açıqlayıb.

Trend-in məlumatına görə, İraqda yerləşən Qəndil dağlarında
verilən açıqlamada geri çəkilən 25 PKK üzvü də iştirak edib.




“Yaxın Şərqdəki münaqişələr və müharibələr Türkiyənin və
kürdlərin gələcəyi üçün ciddi bir təhdidə çevrildiyindən, ötən il
Prezident Tayyib Ərdoğanın, MHP sədri Dövlət Baxçalının və terrorçu
lideri Abdullah Öcalanın açıqlamaları ilə başlayan və Abdullah
Öcalanın 27 fevral 2025-ci il tarixli “Sülh və Demokratik Cəmiyyət”
çağırışı ilə özünü göstərən proses son dərəcə vacib və kritik bir
mərhələdən keçir”, – deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, 5-7 may tarixləri arasında terror kəşkilatı
tərfəndən konqres keçirilərək PKK-nın təşkilati varlığına və
silahlı mübarizə strategiyasına son qoymaq qərarı verilib.
Bildirilib ki, həmin konqresdə verilən qərar əsasında, Türkiyə
sərhədləri daxilində münaqişə riski yaradan və mümkün təxribatlara
açıq olan PKK-nın bütün qüvvələrinin Türkiyədəki Media Müdafiə
Zonalarına çəkilməsini həyata keçirilir.