Kiyevdə Rusiya dronlaırnın hücumu nəticəsində azı 26 nəfər yaralanıb

Baş səhifə
Kiyevdə Rusiya dronlarının hücumu nəticəsində azı 26 nəfər yaralanıb

Bazar günü gecə Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Ukrayna paytaxtı Kiyevə hücumu nəticəsində azı 26 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

“Hazırda 26 nəfərin yaralandığı, onlardan altısının uşaq olduğu məlumdur”, – administrasiyanın “Telegram” kanalında paylaşılan məlumatında deyilir.

Məlumatına görə, hücumdan Desnyan və Obolon rayonları təsirlənib.

Xüsusilə Desnyan rayonunda PUA doqquzmərtəbəli yaşayış binasına 2 və 3-cü mərtəbələrinə düşüb, başqa bir ünvanda isə PUA qalıqları 16 mərtəbəli binaya düşüb. Desnyan rayonundakı məkanlardan birində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Həlak olanlar barədə məlumat daxil olmayıb.