HƏMAS-ın tunellərinin təxminən 60 faizi hələ də mövcuddur – İsrailin müdafiə naziri

Baş səhifə

Bakı. Trend:

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Qəzza zolağında
HƏMAS-ın tunellərinin təxminən 60 faizi hələ də mövcuddur və onlar
tamamilə məhv edilməlidir.

Trend xəbər verir ki, o,
həmçinin nəzarətdə saxladıqları “sarı zona”da hərbçilər üçün
tunellərin məhv edilməsini prioritet etdiyini vurğulayıb.




Katz qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin Qəzzada HƏMAS
üzərində qazandığı böyük uğuru möhkəmləndirməyin əsas strateji
məqsədi zolağın silahsızlaşdırılması və HƏMAS-ın tərksilah edilməsi
üçün qalan tunellərin tamamilə dağıdılmasıdır.