Azərbaycan süd və qaymaq idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 min 179 ton süd
və qaymaq idxal edib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və
qaymağın dəyəri 21 milyon 467 min ABŞ dollar təşkil edib.




Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1
753 ton (16,8 %), dəyər baxımından isə 4 milyon 137 min ABŞ dolları
(23,9 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc
Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.