Ronaldo 950-ci qolunu vurub

Baş səhifə

Bakı. Trend:

Kriştiano Ronaldo peşəkar karyerasında 950-ci qolunu vurub.

Trend xəbər verir ki,
“Ən-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 6-cı
turunda “Əl-Hazm”la oyunun 88-ci dəqiqəsində fərqlənib. 40 yaşlı
portuqaliyalı Uesli Qassavanın ötürməsini dəqiq zərbə ilə qola
çevirib.




Hazırda Ronaldonun hesabında klub səviyyəsində 808, Portuqaliya
millisində isə 142 qol var.