
Bakı. Trend:
Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam
edir.
Trend xəbər verir ki, sərbəst
güləş üzrə 57, 70, 79 və 125 kiloqramlarda mübarizəyə start
verilib.
Azərbaycan təmsilçilərindən Muhəmmədəli Əlizadə (57 kiloqram)
debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10.
Kənan Heybətov (70 kiloqram) kanadalı Koul Koqhilə (10:0),
belçikalı Muhammad Abdurahmanova (10:0), ermənistanlı Davit
Marqaryana (tuş) və amerikalı Piter Dükə (14:4) tam üstünlüklə
qalib gələrək finala yüksəlib. Kənan finalda iranlı Sina Xəliliylə
güləşəcək.
Fərid Cabbarov (79 kiloqram) isveçrəli Umar Mavlayevi (3:1)
mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qazaxıstanlı Yerxan Abilə
0:5 hesabıyla məğlub olub.
Xetaq Karsanov (125 kiloqram) belaruslu Pavel Cyatlava (12:2) və
misirli Abdelrahman Şeyatana (11:0) tam üstünlüklə qalib gəldikdən
sonra türkiyəli Hakan Büyükçınqıldan güclü olub – 7:5. Təmsilçimiz
yarımfinalda amerikalı Daniel Herreraya da heç bir şans tanımayıb –
12:2. Xetaq finalda iranlı Abolfazl Necadla güləşəcək.
Həlledici qarşılaşmalar sabah keçiriləcək.

