Bu ilin doqquz ayı ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan
arasında ticarə əməliyyatlarının həcmi 624 milyon ABŞ dolları
təşkil edib.

Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrünün
göstəriciləri ilə müqayisədə 51,7 milyon ABŞ dolları və ya 9 faiz
çoxdur.

Bu il Azərbaycandan Gürcüstana ümumilikdə 495,5 milyon ABŞ
dolları dəyərində məhsul ixrac olunub. Bu isə ötən ilin analoji
dövrü ilə müqayisədə 9,9 milyon ABŞ dolları və ya 2 faiz
çoxdur.




Eyni zamanda 2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstandan
Azərbaycana ümumilikdə 128,5 milyon ABŞ dolları dəyərində idxal
əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisə olunduqda 42,8 milyon dollar və ya 49,9 faiz çoxdur.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayı ərzində
Azərbaycan xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları
həcmində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faiz
çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606
milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dolları
təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 1,248
milyard dollar (yaxud 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard
dollar (yaxud 14,5 faiz) artıb. Nəticədə xarici ticarət
əməliyyatlarında 1,837 milyard ABŞ dolları məbləğində müsbət saldo
yaranıb. Bu göstərici illik müqayisədə 3,374 milyard dollar və ya
2,8 dəfə azdır.