Bərdədə avtomobil arxa aşıb, sürücü ölüb

Baş səhifə
Bərdədə avtomobil arxa aşıb, sürücü ölüb

Bərdə rayonunda avtomobil arxa aşıb.

“Report” xəbər verir ki, Rzayev Koroğlu Pirməmməd oğlu “Mitsubishi Pajero” markalı avtomobillə Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı arxa aşıb.

Məlumata görə, sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.