Avropa İttifaqı üzv ölkələrdə sosial şəbəkələr üçün yaş məhdudiyyətini müzakirə edir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv ölkələr sosial şəbəkələrə giriş üçün
yaş məhdudiyyətinin tətbiqini müzakirə edirlər.

Trend xəbər verir
ki, bu barədə Brüsseldə keçirilən sammitdə qəbul edilmiş bəyanatda
məlumat verilib.




Bəyanatda qeyd olunur ki, yetkinlik yaşına çatmayanların
rəqəmsal mühitdə qorunması məqsədilə yaş məhdudiyyətinin tətbiqi
hər bir üzv dövlətin milli səlahiyyətlərinə hörmət əsasında həyata
keçirilməlidir. Buna görə də məsələ müəyyən qədər vaxt
aparacaq.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib
ki, xüsusi ekspert qrupu ilin sonuna qədər bu məsələnin ən uyğun
tənzimləmə forması barədə tövsiyələr hazırlayacaq. O, dünyada bu
sahədə ilk nümunə kimi ötən ilin noyabrında Avstraliyada 16 yaşdan
aşağı yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəyə qadağa
qoyulmasını göstərib.