
Bakı. Trend:
Yaponiya və ABŞ süni intellekt və simsiz rabitə texnologiyaları,
o cümlədən 6G sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa
hazırlaşır.
Trend xəbər verir
ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata görə, sənədin ABŞ Prezidenti Donald Trampın 27
oktyabrda başlayacaq Yaponiyaya səfəri zamanı imzalanması
gözlənilir. Razılaşma tərəflər arasında müvafiq texnologiyaların
birgə ixracını və üçüncü ölkələrdə, xüsusilə də Qlobal Cənub
regionunda infrastrukturun qurulmasını nəzərdə tutur.
Qəzet qeyd edir ki, sazişlər bu sahədə Çinin artan təsirinə
qarşı alternativ əməkdaşlıq modelini formalaşdırmaq məqsədi
daşıyır.
Trampın səfəri 27–29 oktyabr tarixlərində baş tutacaq. ABŞ
prezidenti səfər çərçivəsində Yaponiyanın yeni Baş naziri Sanae
Takaiti ilə danışıqlar aparacaq və İmperator Naruhito ilə
görüşəcək. Bu, Trampın ikinci prezidentlik müddətində Yaponiyaya
ilk səfəri olacaq.


