FTB direktoru Keş Patel gələn ay Çinə səfər edəcək

Baş səhifə

Bakı. Trend:

Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel gələn ay
Çinə rəsmi səfər edəcək.

Trend-in
məlumatına görə, bu barədə “CBS News” telekanalı səfərlə bağlı
planlara bələd olan bir neçə mənbəyə istinadən xəbər yayıb.




Hazırda səfərin təfərrüatları və gündəliyi açıqlanmayıb.
Mənbələrin bildirdiyinə görə, Patelin Çində hansı rəsmilərlə
görüşəcəyi də hələlik məlum deyil.

Telekanal qeyd edib ki, danışıqların əsas mövzularından biri
ABŞ-a sintetik opioid fentanil tədarükü ilə mübarizə məsələsi
olacaq.