Bakı. Trend:
ABŞ ordusu Karib dənizi hövzəsində narkotik ticarəti ilə məşğul
olan bir gəmiə zərbələr endirib.
Trend xəbər verir
ki, bu barədə müdafiə naziri Pit Heqset sosial şəbəkə hesabında
məlumat yayıb.
Heqsetin bildirdiyinə görə, əməliyyat zamanı gəmidə olan 6
nəfərin hamısı məhv edilib.
Pentaqon rəhbəri qeyd edib ki, zərbələr ABŞ Prezidenti Donald
Trampın göstərişi ilə “Tren de Aragua” təşkilatına məxsus gəmi
üzərinə endirilib.
Heqset əlavə edib ki, bu qrup terrorçu təşkilat kimi tanınıb və
narkotik alveri ilə məşğul olur. Onun sözlərinə görə, Qərb
yarımkürəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan bütün
qüvvələrə terrorçular kimi yanaşılacaq — belə qrupların şəbəkələri
və fərdi üzvləri izləniləcək və istənilən vaxt məhv edilə
bilərlər.

