Fransa Ukraynaya əlavə hərbi yardım göndərəcək – Makron

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya əlavə “Mirage” tipli
qırıcı təyyarələr və “Aster” zenit raket sistemləri
göndərəcəklərini açıqlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Makron bunu “İstəklilər
koalisiyası”nın görüşü zamanı deyib.




Onun sözlərinə görə, Fransa həmçinin Ukrayna Silahlı Qüvvələri
üçün yeni təlim proqramları həyata keçirməyi planlaşdırır.