
Bakı. Trend:
“Barselona” La Liqanın 10-cu turunda “Real”la matça itki ilə
çıxacaq.
Trend xəbər
verir ki, Kataloniya təmsilçisinin zədəsini yeni sağaldan oyunçusu
Rafinyanın “El-Klassiko”nu buraxacağı dəqiqləşib.
O, komandanın bugünkü məşqində də iştirak etməyib. 28 yaşlı
hücumçu məşq başlamamış toplanışı tərk edib.
Bundan əlavə, “Barselona”nın fransalı müdafiəçisi Jül Kounde
ardıcıl ikinci gündür ki, idman zalında fərdi məşq edir. Onun
qarşıdakı matçda iştirakı şübhə altındadır.
Qeyd edək ki, “Barselona” 26 oktyabrda “Real”ın qonağı
olacaq.


