Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki,
Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları
Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün
davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini
müzakirə ediblər.

Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf
etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində
birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını
təsdiqləyiblər.

Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə
və beynəlxalq vəziyyətə toxunulub.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə
razılıq əldə olunub.