Bakı. Trend:
Kanada rəsmilərinin rüsumları tənqid edən reklamlara pul
ödəməsindən sonra Vaşinqton Ottava ilə ticarət danışıqlarını
dayandırıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
ABŞ prezidenti bildirib ki, reklam çarxında ABŞ-nin 40-cı
prezidenti Ronald Reyqan “rüsumlar haqqında mənfi danışarkən”
təsvir olunub.
“Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin
qərarına təsir göstərmək üçün ediblər”, – deyə D.Trap əlavə
edib.
“Rüsumlar ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox
vacibdir. Bu zərərli hərəkətlərə görə Kanada ilə bütün ticarət
danışıqları dayandırılıb”, – deyə o qeyd edib.

