“Fənərbaxça” – “Ştutqart” matçında gərginlik –

Baş səhifə

UEFA Avropa Liqasındakı görüşün son dəqiqələrində “Fənərbaxça”dan İsmayıl Yüksək ilə “Ştutqart”dan Deniz Undav arasında mübahisə olub.

Metbuat.az xəbər verir ki, hakimin final fitindən sonra da gərginlik daha da artıb. Hər iki tərəf “Fənərbaxça”dan Edson Alvares ilə “Ştutqart”ın futbolçusu Yulian Şabot arasında mübahisənin böyüməsinin qarşısını almaq üçün araya giriblər və insident qısa müddətdə nəzarət altına alınıb.

Qeyd edək ki, İstanbul təmsilçisi “Şükrü Saracoğlu” stadionunda Almaniyanın “Ştutqart” kollektivini 1:0 hesabı ilə məğlub edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.