Qiymətli metalların qiymətləri yüksəlib

Baş səhifə

Bakı. Trend:

Nyu-York əmtəə birjasında (NYMEX) və “Comex” birjasında
(NYMEX-in bölməsi) qiymətli metallar – platin, palladium, qızıl və
gümüş üzrə fyuçerslərin qiyməti 2,08%-dən 3,36%-ə qədər artım
göstərir.

Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.




Məlumata əsasən, NYMEX birjasında 2025-ci ilin dekabrında
çatdırılma üzrə palladium fyuçerslərinin qiyməti 1 troya unsiyası
üçün 1500,5 dollar (+2,77%), NYMEX birjasında 2026-cı ilin
yanvarında çatdırılma üzrə platin fyuçersləri isə 2,92% artaraq 1
597,8 troya unsiyası üçün 1597,8 dollar təşkil edib.

Eyni zamanda, “Comex” birjasında 2025-ci ilin dekabrında
çatdırılma üçün qızılın qiyməti 1 troya unsiyası üçün 4162,7 dollar
(+2,39%), “Comex” birjasında gümüşün fyuçersləri isə 1 troy
unsiyası üçün 48,93 dollar (+2,62%) təşkil edib.