Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük kriptobirjası “Binance”ın təsisçisi Çanqpinq Zaonun əfv edilməsi ilə bağlı sənədi
imzalayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Çanqpinq Zao 2024-cü ildə çirkli pulların yuyulmasına qarşı
qanunvericiliyi pozmaqda təqsirli bilinərək həbs cəzasına məhkum
edilmişdi.
ABŞ Prezidenti, “Binance”ın Tramp ailəsinin kriptovalyuta
şirkəti “World Liberty Financial”a dəstək verməsindən sonra
Çanqpinq Zaonu əfv edib.

