
Bakı. Trend:
2026-cı ildə Azərbaycan Respublikasının xarici ölkələrdə
fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı
xərclər üçün 11,4 milyon manat vəsait proqnozlaşdırılıb.
Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, bu 2025-ci illə müqayisədə 2,0 milyon
manat və ya 21,9 faiz çoxdur.


