
Bakı. Trend:
Gələn il dövlət büdcəsində əsaslı xərclərin maliyyələşdirilməsi
üçün dövlət büdcəsi xərclərinin 33,8 faizi həcmində və ya 14,085
milyard manat vəsait proqnozlaşdırılıb.
Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, digər əsaslı xərclər üçün 1,258 milyard manat, o
cümlədən Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ)
yenidənqurulması layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon
manat, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq
investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan
tərəfinin payı ilə bağlı xərclər üçün 100 milyon manat, “Avtomobil
Yolları” Məqsədli Büdcə Fondu üçün 250 milyon manat, Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə
kapitalının artırılması üçün 85 milyon manat və digər layihələr
üzrə 373 milyon manat məbləğində vəsait nəzərdə tutulub.


