Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verməsi
barədə məlumat daxil olub.
Trend xəbər
verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Məlumata görə, hadisə yerində əməliyyat şəraitinin
qiymətləndirilməsi zamanı vətəndaşa məxsus “MERCEDES” markalı minik
avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın
baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq
təhlükəsizlik tədbirləri görülüb.
Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

