
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən müharibəsinin oktyabrın 23-nə olan
xronikasını təqdim edir:
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı,
Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etməsi ilə bağlı
paylaşım edib.
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanar, Bünyadlı
kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli,
Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli
kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
– Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür
Həmidovun atası ilə telefonla danışıb.
– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Vacib ərazi və yüksəkliklər
azad edilib. Düşmən fərarilik edərək mövqeləri tərk edib.
– Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub. Düşmənin 4 PUA-sı zərərsizləşdirilib.
– Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə
zərbələr endirilib. Düşmənin canlı qüvvəsi və
zirehli texnikası məhv edilməsinin videogörüntüləri yayılıb.
– Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin
videogörüntüləri yayılıb.
– Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri
və komanda məntəqəsi məhv edilməsinin videogörüntüləri yayılıb.


