ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə hücum edib

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu daha bir narkotik daşıdığı deyilən gəmiyə zərbə
endirib.

Trend xəbər verir ki, bu
barədə müdafiə katibi Pit Heqset sosial mediada açıqlayıb.




Son bir neçə ayda sayca 8-ci olan bu zərbə gecə saatlarında
Sakit okeanın şərqində baş verib. Əvvəlki yeddi hücum Karib
dənizində gerçəkləşdirilib. Hadisədə iki nəfər ölüb.