Ukrayna İsveçdən “Gripen E” qırıcıları alacaq

Baş səhifə

Bakı. Trend:

Stokholm və Kiyev İsveçin “Gripen E” qırıcı təyyarələrinin
gələcək tədarükünə yol açan niyyət məktubu imzalayıblar.

Trend xəbər verir ki, bunu
İsveçin Baş naziri Ulf Kristersson Ukrayna lideri Volodimir
Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.




Kristerssonun sözlərinə görə, söhbət Ukrayna üçün 100-150 ədəd “Gripen E” döyüş təyyarəsinin istehsalı və ixracı üzrə potensial
müqavilədən gedir.

Qeyd edək ki, İsveçin “Saab” şirkətinin istehsal etdiyi
çoxfunksiyalı “Gripen” döyüş təyyarələri İsveçin və bir neçə
ölkənin hərbi hava qüvvələrinin əsas döyüş təyyarələrindən
biridir.