Rütte: Ukrayna ABŞ-dan 2 milyard dollarlıq silah alıb, ödənişi Aİ müttəfiqləri edib

Baş səhifə

Ukrayna bu günədək ABŞ istehsalı olan təxminən 2 milyard dollar dəyərində silah alıb və bu silahların ödənişi Avropa İttifaqına üzv müttəfiq ölkələr tərəfindən həyata keçirilib.

APA xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bəyan edib.

NATO rəsmisinin sözlərinə görə, bu mexanizm Kiyevə yardımın davamlılığını təmin etməyə və ABŞ silahlarının Avropa vasitəsilə Ukraynaya çatdırılmasına imkan verir.