AMB: Qızıl bahalaşmaqda davam edəcək

Baş səhifə
AMB: Qızıl bahalaşmaqda davam edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) dünya bazarında qızılın bahalaşmaqda davam edəcəyini gözləyir. “Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Nəzərə alsaq ki, gələn il də dünyadakı qeyri-müəyyənliklər davam edəcək, ola bilər ki, əvvəlki templə olmasa da, qiymət artımı davam etsin”, – deyə o qeyd edib.