
Ulan-Udedə (Buryatiya, Rusiya) hazır qidadan zəhərlənənlərin sayı 121-dən 145-ə qalxıb, 76 nəfər xəstəxanaya yerləşdirilib.
“Report”un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə “Rospotrebnadzor” idarəsindən bildirilib.
“Oktyabrın 22-si səhər saatlarına olan vəziyyətə əsasən, 145 hal qeydə alınıb, onlardan 79-u uşaqdır. 76 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 47-si uşaqdır”, – qurumdan bildirilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


