
Bakı. Trend:
“Warner Bros. Discovery” mediaşirkəti səhmdarların mənfəətini
maksimuma çatdırmaq üçün müxtəlif fəaliyyət variantlarını
araşdırır.
Trend-in
məlumatına görə, bu barədə mediaşirkətin saytında bildirilib.
Mümkün variantlar arasında 2026-cı ilin ortalarına qədər
şirkətin iki ayrı şirkətə bölünməsi, bütün şirkətin satışı və ya
şirkətin ayrı-ayrı hissələrinin – xüsusilə “Warner Bros.” və ya “Discovery”nin – satışı nəzərdən keçirilir.
Şirkətdən qeyd olunub ki, adları açıqlanmayan tərəflərdən
rəhbərliklə razılaşdırılmamış bir neçə təklif alınıb. Bunun ardınca “Warner Bros. Discovery” bütün biznesini və ya onun bir hissəsini
satmaq planlarını rəsmi elan etməyə qərar verib.
Bəyanatdan sonra şirkətin səhmlərinin qiyməti 10% artıb. Qeyd
edək ki, “Warner Bros. Discovery” 2022-ci ildə yaradılıb.


