
Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) şərq istiqamətində
ballistik raket buraxıb.
Trend xəbər verir
ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri
Komitəsi məlumat yayıb. Məlumata əsasən, raketin növü və uçuş
məsafəsi dəqiqləşdirilir. Buraxılışdan sonra Cənubi Koreya ordusu
müşahidə və təhlükəsizlik tədbirlərini gücləndirib.
Raket sınağı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı
(APEC) ölkələri liderlərinin oktyabrın 31-i – noyabrın 1-də Cənubi
Koreyada keçiriləcək sammiti ərəfəsində baş verib.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə may ayında qısamənzilli
və qanadlı raket sınağı həyata keçirmişdi.

