Nigeriyada yanacaq tankeri partlayışı nəticəsində azı 30 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Nigeriyanın qərbində yanacaq tankeri ilə bağlı baş verən
insident nəticəsində ən azı 30 nəfər həyatını itirib, daha 40 nəfər
müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Trend-in
məlumatına görə, bu barədə The Nation qəzeti xəbər yayıb. İlkin
məlumatlara əsasən, Niger bölgəsinin Aqae–Bida magistral yolunda
yanacaq daşıyan tanker qəzaya uğrayıb. Yerli sakinlər tankerdəki
yanacağı oğurlamağa cəhd edərkən partlayış baş verib və ətrafa
yayılan maye alovlanıb.




Nigeriya Benzin və Qaz Tankerləri Sürücüləri Birliyinin sədri
Faruk Məhəmməd Kavo hadisəni təsdiqləyib. Onun sözlərinə görə, ayın
əvvəlindən Niger əyalətində təxminən 30 oxşar hadisə qeydə
alınıb.