Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb

Baş səhifə
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhəri, Avtovağzal ərazisində qeydə alınıb.

Belə ki, rayonun Ovçubərə kənd sakini, 1980-cı il təvəllüdlü Mikayılov Rüfət Xudaşükür oğlu bıçaqlanıb.

İki bıçaq yarası alan R. Mikayılov rayon xəstəxanasına çatdırılıb.

Onu həmkəndlisinin bıçaqladığı deyilir.

Faktla bağlı araşdırma aparılır.