Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Baş səhifə

Bakı. Trend:

Bu gün “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin AZ0201120042 ISIN kodlu, tədavül müddəti 1080
gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac
keçirilib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, AZ0201120042 kodlu dövlət istiqrazları üzrə
investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə
ümumi məbləği 74,8 milyon manat təşkil edib.




Maliyyə Nazirliyi tərəfindən 20 milyon manat məbləğində dövlət
istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti
100.5544 (7,4008%) və kəsmə qiyməti 100.2916 (7.5000%) səviyyəsində
müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 7 oktyabr 2028-ci ildir.