Fərman Abbasov vəzifəsindən AZAD EDİLİR

Baş səhifə

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasov vəzifəsindən azad ediləcək.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin növbəti plenar iclasında müzakirə ediləcək.

İclas oktyabrın 24-ü baş tutacaq.

Qeyd edək ki, Fərman Abbasov daha əvvəl Babək məhkəməsində çalışıb.