Ötən gün dövriyyədən çıxarılan narkotik vasitənin çəkisi məlum olub

Baş səhifə

Bakı.Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
oktyabrın 20-də ümumi çəkisi 15,9 kiloqrama yaxın narkotik vasitə
aşkar olunaraq götürülüb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr
– 6,9 kiloqrama yaxın heroin, 4,2 kiloqrama yaxın marixuana, 4,8
kiloqrama yaxın metamfetamin, həmçinin 1230 ədəd metadon həbi
olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.