İtaliyada idman azarkeşləri avtobus sürücüsünü öldürüb

Baş səhifə
İtaliyada idman azarkeşləri avtobus sürücüsünü öldürüb

İtaliya polisi “Real Sebastiani” basketbol klubunun 3 azarkeşini Pistoyadan azarkeşləri daşıyan avtobusa bir qrup adamın daş atmasından sonra həbs edib.

“Report” “Repubblica” qəzetinə istinadən məlumatına görə, hücum zamanı sürücülərdən biri ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 31-53 yaşlarında olan üç kişini həbs edib. Onlar bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə maddəsi ilə ittiham olunublar. Saxlanılanlardan ikisinin ifrat sağ hərəkatın üzvləri olduğu bildirilir. İstintaq cinayəti törədəni müəyyən edəcək.